Danışıqlar zamanı reklam bazarındakı mövcud vəziyyət təhlil edilib, açıq məkanda reklam qurğuları quraşdırılarkən digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Paytaxtla yanaşı regionlarda da yeni nəsil reklam qurğularının təşviq edilməsi, mövcud reklam daşıyıcılarının isə mütəmadi təmizlənməsinin vacibliyi qeyd edilib. ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlov ölkəmizdə keçiriləcək qlobal əhəmiyyətli COP29 tədbiri ilə bağlı açıq məkanda reklam qurğularına sahib iş adamlarına müvafiq tövsiyələrini verib, belə görüşlərin əhəmiyyətini vurğulayaraq onların mütəmadi keçiriləcəyini bildirib.