#

Bilbord

Bilbordlar - ictimai yerlərdə reklam məlumatını keçən piyada və avtomobillə hərəkət edən insanlara nümayiş etdirilən iri strukturlardır.Bir çox hallarda onlar çoxlu sayda piyada və avtomobillərin keçdiyi əsas yolların yaxınlığında yerləşdirilir. Bununla belə, onlar izləyənlərin çox ola biləcəyi ictimai nəqliyyat vasitələrinin üzəri ticarət mərkəzi,ofis binaları və stadion kimi hər hansı bir yerdə də yerləşdirilə bilər.Ən çox yayılmış bilbord ölçüləri 3x5m və 3x6m-dir. Çox yayılmasa da digər qeyri-standard ölçülərdə də bilbordlara rast gəlmək mümkündür.