Daxil ol

Bloq

29-Noy-2024

Açıq məkanda reklam yayımı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün Rəqabət Məcəlləsinin tətbiqinə dair maarifləndirici seminar keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) birgə təşkilatçılığı ilə açıq məkanda reklam yayımı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün Rəqabət Məcəlləsində yer alan yeni anlayış və prinsiplər, təkmil qanunvericilik aktında nəzərdə tutulan yeni tənzimləmələrə dair maarifləndirici seminar keçirilib.

Əlliyə yaxın iştirakçının qatıldığı tədbirin keçirilməsində məqsəd bazar iştirakçılarının rəqabət nöqteyi-nəzərdən bazara olan tələbləri, yeni qanunvericilik aktında təsbit edilən rəqabət sahəsi üzrə dövlət nəzarət mexanizmləri, habelə haqsız rəqabət formaları barədə sahibkarların məlumatlandırılması olub.